Tez-Tez Soruşulan Suallar

 01  Hansı mövzuda filmlər AMKAD-dan Dəstək ala bilər?


Dəstəyə Namizəd Filmlərin mövzuları aşağıdakı kimi olmalıdır:

  •    Hərbi vətənpərvərlik və tarıxi mövzularla bağlı filmlər;

  •    Azərbaycan mədəniyyəti və incəsənəti haqqında filmlər;

  •    Uşaqlar və yeniyetmələr üçün maarifləndirici və milli dərketmə, vətənpərvərlik ruhunda filmlər;

  •    Cəmiyyətdəki tolerantlıq, dini dözümlülük və multikulturalizm haqqında filmlər;

  •    Ekstremizm, terrorizm və cinayətkarlığa qarşı filmlər;

  •    Cəmiyyət və milli-mənəvi dəyərlərlə bağlı filmlər;

  •    Elm və elmi ixtiralardan bəhs edən filmlər;

  •    Ekologiya, Etnoqrafiya və Azərbaycanın Təbiəti haqda filmlər;

  •    Tibb, sağlamlıq haqqında və narkomaniyaya qarşı filmlər;

  •    Debüt və Beynəlxalq Festivallara istiqamətləndirilmiş art-filmlər.

Bu mövzularda Kino və ya Animasiya yaratmaq istəyən hüquqi şəxslər AMKAD-a rəsmi müraciət edə bilərlər.

 

 

 

 02  Milli Film nə deməkdir?

AMKAD Layihəsinin Milli Film Parametrləri aşağıdakılardır:

  •    Dəstəyə Namizəd Filmin müəllifi, baş prodüseri və rejissoru milli kadr, Azərbaycan vətəndaşı olmalıdır; 

  •    Dəstəyə Namizəd Filmin çəkiliş heyətinin 70%-i milli kadr, Azərbaycan vətəndaşı olmalıdır;

  •    Dəstəyə Namizəd Filmin aktyor heyətinin 70%-i milli kadr, Azərbaycan vətəndaşı olmalıdır;

  •    Dəstəyə Namizəd Filmin ssenarisi yalnız 1-ci bənddə sadalanan mövzuları əhatə etməlidir;

  •    Dəstəyə Namizəd Filmin dili - Azərbaycan dili olmalıdır. Lakin ssenarist və ya rejissor zərurəti olduqda bəzi hissələri xarici dildə ola bilər. Filmin xarici dildə olan hissəsi ümumi xronometrajın 40%-dən çoxunu təşkil edə bilməz; 

  •    Dəstəyə Namizəd Filmin maliyyələşməsində xarici fiziki və ya hüquqi şəxslər iştirak edərsə, onların sərmayə payı filmin ümumi büdcəsinin 40%-dən çoxunu təşkil etməməlidir;   

  •    Dəstəyə namizəd Filmin kommersiya prokatı, nümayişi və nüsxələnməsindən əldə olunan gəlirin 3%-i Azərbaycanda Milli Kino və Animasiyasının inkişafını dəstəkləmək üçün AMKAD Layihəsinin hesabına köçürülür. 

 

 

 

 03  Təqdim olunan sənəd və materiallar geri qaytarılır ya yox?

Dəstək almaq istəyən Namizədlərin təqdim etdiyi sənədlər və materiallar geri qaytarılmır. 

 

 

 

 04  AMKAD Kollegiyası Namizədləri necə seçir? 


Müraciətləri seçərkən AMKAD Kollegiyası Namizədin peşəkarlığını və ilk növbədə aşağıdakı göstəricilərini nəzərə almalıdır:

  •    Namizədin Yerli və Beynəlxalq kinofestivallarda iştirakı;

  •    Namizədin Mükafatlarının mövcudluğu;

  •    Namizədin Filmlərinin televiziya və/və ya kinoteatrlarda nümayişi;

  •    Namizədin Filmləri haqda mediada məqalələrin olması və ictimai rezonans (debüt filmləri istisna olmaqla);
     

Bu göstəricilər üzrə yoxlanan Namizədlərin siyahısı formalaşır və bu siyahı KİV-də, o cümlədən Dəstək verən qurumun - AMKAD layihəsinin rəsmi saytında dərc edilir.

 05  Dəstək üçün hansı sənədləri təqdim etmək lazımdı? 

1. AMKAD Layihəsinin Direktoruna ünvanlanmış müşayətedici məktub

2. Müraciət forması (aşağıda FİLM MÜRACİƏT FORMASI və ANİMASİYA MÜRACİƏT FORMASInı yükləmək olar)

3. Ssenari (Courier New 12 şifti ilə) 70-110 səhifə olmaqla, ilk səhifəsi titul səhifəsi olmalıdı (filin adı, müəllifin adı/ata adı/soyadı, təşkilatın adı, il)

4. Qısa Sinopsis (müəllifin imzasıyla)

5. Rejissor eksplikasiyası (rejissorun imzasıyla)

6. Rejissorun filmoqrafiyası (şəkillə)

7. Büdcə (aşağıda FİLM BÜDCƏSİ və ANİMASİYA BÜDCƏSİ formalarını yükləmək olar)

8. İstehsalat – təqvim planı (aşağıda İSTEHSALAT TƏQVİMİ formasını yükləmək olar)

9. Müəllif hüquqlarına dair müqavilə surətləri

10. Müəlliflərin passportlarının surətləri

11. Namizəd təşkilatın Profili

12. Şirkətin rekvizitləri (aşağıda MƏLUMATLAR formasını yükləmək olar)

13. Vergilər Nazirliyindən borcların olmaması haqda arayış

14. Daha öncə festivallarda iştirakla bağlı sənədlər (İştirakçı mandatı, Diplom, Mükafat və s.)

15. Namizədin bundan əvvəl digər TV və ya Kino layihələrlə iştirakina dair sənədlər

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now