Azərbaycan filmləri Trabzon Beynəlxalq Film Festivalında

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyənin Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival 26 avqust tarixinədək davam edəcək.

Festivalda ekran əsərlərini “Dərs” filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcəklər. Festivala gənc rejissor Fehruz Şəmiyevin “Yol” filmi də qatılacaq.

#Beynəlxalq #Festival

Featured Posts
Recent Posts
Search By Tags
No tags yet.
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now