Azərbaycan Milli Kino və Animasiyaya Dəstək (AMKAD) layihəsi çərçivəsində qurumun 3-cü iclası keçirilib.

July 27, 2019

 

AMKAD-ın toplantısında kollegiya üzvləri -  Cənnət Səlimova, Vasif Babayev, Oqtay Mirqasımov, Ayaz Salayev, Vahid Mustafayev iştirak ediblər, xalq artisti Fəxrəddin Manafov qonaq qismində dəvət olunub. Əsas müzakirə mövzuları Fəxrəddin Manafovun AMKAD-a üzv seçilməsi, “Bəxtiyar” filminin ssenarisi, BALANS istehsalı olan məhsullara baxış olub. İclasın nəticəsi olaraq, Fəxrəddin Manafoz AMKAD Kollegiya üzvlüyünə qəbul olunub. Daha sonra Türkiyədə kino fakültəsində təhsil alan Emil Əlinin “Bəxtiyar” adlı ssenarisi oxunub. Kollegisya üzvləri ssenarinin anlaşılmaz olduğunu, ümumiyyətlə hər hansı süjet xəttinin, bağlılıq və kulminasiyanın, həmçinin kompozisiyanın olmadığını əsas gətirərək,  “Bəxtiyar” adlı filmin çəkilişi üçün AMKAD-dan hər hansı vəsaitin ayrılmaması barədə yekdil qərar qəbul ediblər. Daha sonra AMKAD üzvləri BALANS Studiyasının istehsal etdiyi “Dostlar” və “Yol yoldaşı” cizgi seriallarına baxıblar və bu seriallaın uşaqların təlim-tərbiyə məsələlərində böyük rolu olduğunu qeyd ediblər.  AMKAD-ən növbəti toplantısı avqust ayında keçiriləcək.

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

“Nar bağı” filmi Asiya Dünya Film Festivalında

October 11, 2017

1/4
Please reload

Recent Posts
Please reload

Search By Tags
Please reload

Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now