Çölçü Filmi Kəlküttə Festivalında Mükafatlandı

September 26, 2017

 

Şamil Əliyevin “Çölçü” filmi Kəlküttə Beynəlxalq Kult Filmləri Festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının nominantı olaraq finala çıxıb.
Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Həsənov, Salome Demuria, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.
Qeyd edək ki, “Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq film festivallarında iştirak edib, 10-dan artıq mükafata layiq görülüb.

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

“Nar bağı” filmi Asiya Dünya Film Festivalında

October 11, 2017

1/4
Please reload

Recent Posts
Please reload

Search By Tags
Please reload

Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now