Ümumi Qaydalar


Layihənin əsas məqsədi Azərbaycan Kino və Animasiyasının milli dəyərlərə cavab verməsi, milli maraqlara uyğun olması, müasir standartlara uyğun keyfiyyətli filmlərin yaradılması, Azərbaycanın Film yaradıcılığının beynəlxalq səviyyədə rəqabətə davamlığının yüksəltməsi və keçmiş Şöhrətini bərpa etməsidir. Sadalanan Ali məqsədlərə çatmaq naminə Azərbaycan Milli Kino və Animasiyasına Dəstək Layihəsi aşağıda göstərilən Qaydalara riayət edən Namizədlərə sosial və iqtisadi Dəstək vermək niyyətindədir.
 

1. Dəstəyə Namizəd Filmlərin mövzuları aşağıdakı kimi olmalıdır:

  1.1 Hərbi vətənpərvərlik və tarıxi mövzularla bağlı filmlər;

  1.2 Azərbaycan mədəniyyəti və incəsənəti haqqında filmlər;

  1.3 Uşaqlar və yeniyetmələr üçün maarifləndirici və milli dərketmə, vətənpərvərlik ruhunda filmlər;

  1.4 Cəmiyyətdəki tolerantlıq, dini dözümlülük və multikulturalizm haqqında filmlər;

  1.5 Ekstremizm, terrorizm və cinayətkarlığa qarşı filmlər;

  1.6 Cəmiyyət və milli-mənəvi dəyərlərlə bağlı filmlər;

  1.7 Elm və elmi ixtiralardan bəhs edən filmlər;

  1.8 Ekologiya, Etnoqrafiya və Azərbaycanın Təbiəti haqda filmlər;

  1.9 Tibb, sağlamlıq haqqında və narkomaniyaya qarşı filmlər;

  1.10 Debüt və Beynəlxalq Festivallara istiqamətləndirilmiş art-filmlər.

Bu mövzularda Kino və ya Animasiya yaratmaq istəyən hüquqi şəxslər AMKAD-a rəsmi müraciət edə bilərlər.
 

2. Dəstəyə Namizədin müraciəti Milli Film parametrlərinə uyğun olmalıdır. AMKAD Layihəsinin Milli Film Parametrləri aşağıdakılardır:

  2.1 Dəstəyə Namizəd Filmin müəllifi, baş prodüseri və rejissoru milli kadr, Azərbaycan vətəndaşı olmalıdır; 

  2.2 Dəstəyə Namizəd Filmin çəkiliş heyətinin 70%-i milli kadr, Azərbaycan vətəndaşı olmalıdır;

  2.3 Dəstəyə Namizəd Filmin aktyor heyətinin 70%-i milli kadr, Azərbaycan vətəndaşı olmalıdır;

  2.4 Dəstəyə Namizəd Filmin ssenarisi yalnız 1-ci bənddə sadalanan mövzuları əhatə etməlidir;

  2.5 Dəstəyə Namizəd Filmin dili - Azərbaycan dili olmalıdır. Lakin ssenarist və ya rejissor zərurəti olduqda bəzi hissələri xarici dildə ola bilər. Filmin xarici dildə olan hissəsi ümumi xronometrajın 40%-dən çoxunu təşkil edə bilməz; 

  2.6 Dəstəyə Namizəd Filmin maliyyələşməsində xarici fiziki və ya hüquqi şəxslər iştirak edərsə, onların sərmayə payı filmin ümumi büdcəsinin 40%-dən çoxunu təşkil etməməlidir;   

  2.7 Dəstəyə namizəd Filmin kommersiya prokatı, nümayişi və nüsxələnməsindən əldə olunan gəlirin 3%-i Azərbaycanda Milli Kino və Animasiyasının inkişafını dəstəkləmək üçün AMKAD Layihəsinin hesabına köçürülür. 


3. Azərbaycan Milli Kino və Animasiyasına verilən dəstəyi almaq üçün Namizədlər aşağıdakı seçim mərhələlərindən keçməlidır:

İkinci Mərhələ

3.2 Namizədlərin müraciətinə baxmaq və onları mövcud qaydalara əsasən dəyərləndirmək üçün AMKAD Layihəsində xüsusi Ekspert Kollegiyası fəaliyyət göstərir. Ekspert Kollegiyasının üzvləri Dəstək vermək üçün Namizədlərin müraciətlərini aşağıdakı meyarlara əsasən seçirlər:

  3.2.1 Namizədin təsis sənədləri ilə müəyyənləşdirilmiş əsas fəaliyyət istiqamətləri və Dəstək verilməsinin Nizamnamənin məqsədlərinə uyğunluğu;

  3.2.2 Dəstək veriləcək layihənin həyata keçirilməsi üçün Namizədin kifayət qədər maddi-texniki və insan resurslarının  mövcudluğu;

  3.2.3 Dəstəyə Namizəd Filmin milli maraqları, yaradıcı orijinallığı, bədii dəyəri və aktuallığı;

  3.2.4 Dəstəyə Namizəd Filmin qeyri-hökumət təşkilatlarından maliyyə dəstəyi almaması.


3.3 Müraciətləri seçərkən Ekspert Kollegiyası Namizədin peşəkarlığını və ilk növbədə aşağıdakı göstəricilərini nəzərə almalıdır:

  3.3.1 Namizədin Yerli və Beynəlxalq kinofestivallarda iştirakı;

  3.3.2 Namizədin Mükafatlarının mövcudluğu;

  3.3.3 Namizədin Filmlərinin televiziya və/və ya kinoteatrlarda nümayişi;

  3.3.4 Namizədin Filmləri haqda mediada məqalələrin olması və ictimai rezonans (debüt filmləri istisna olmaqla);
 

Bu göstəricilər üzrə yoxlanan Namizədlərin siyahısı formalaşır və bu siyahı KİV-də, o cümlədən Dəstək verən qurumun - AMKAD layihəsinin rəsmi saytında dərc edilir.

Birinci Mərhələ

 

3.1 Dəstəyə Namizədin müraciəti aşağıdakı əsas göstəricilərə görə seçilir:

  3.1.1 Tələb olunan sənədlər toplusu;

  3.1.2 Qeydiyyatın düzgün və mərhələlərə uyğun aparılması;

  3.1.3 Milli Film parametrlərinə uyğunluğu;

  3.1.4 Ssenarinin (sinopsisin) 1-ci bənddə göstərilən mövzulara uyğunluğu;

  3.1.5 Təqdim edilməsi üçün son tarixə uyğunluğu;

Yuxarıda göstərilən əsas göstəricilərə uyğun gəlmədikdə, müraciət baxılması üçün qəbul edilmir. Təqdim olunan sənəd və materiallar geri qaytarılmır.

Üçüncü Mərhələ

 

3.4 Üçüncü mərhələdə Ekspert Kollegiyasının rəsmi Toplantısı keçirilir. Həmin toplantı hər ayın son Cümə gününə təsədüf edir.

  3.4.1 Toplantıda Ekspert Kollegiyasının üzvləri qəbul olunmuş müraciətləri diqqətlə və maksimum obyektiv şəkildə araşdırır.

  3.4.2 Namizədlərin müraciət çıxışları (sinopsis və ya qısa xülasə, smeta və digər təklifləri) 10 dəqiqədən çox olmayan müddətdə dinlənəndən sonra gizli səsvermə yolu ilə müəyyən olunur.

Yekun Mərhələ

 

3.5 Müvafiq Yekun Protokolun imzalanma tarixindən etibarən 10 iş günü ərzində namizədlərin müraciətlərinə cavab verilir.

  3.5.1 Ekspert Kollegiyasının toplantısının yekun protokolunda əks olunmuş qərarlara əsasən Dəstəyə layiq görülən Namizədlərin siyahısını tərtib edir.

  3.5.2 Dəstəyə layiq görülən Namizədlərin siyahısı AMKAD-ın sərəncamı ilə təsdiqlənir.

  3.5.3 Yekun Protokollar imzalanma tarixindən 5 iş günü ərzində AMKAD-ın rəsmi saytında (www.amkad.org) yerləşdirilir.

  3.5.4 Yekun mərhələyə keçən və Dəstək almaq istəyən Namizədlərin təqdim etdiyi sənədlər və materiallar geri qaytarılmır. 

  3.5.5 Dəstək almaq istəyən Namizədlərin müraciətlərinin qəbul olunmamasının səbəbləri açıqlanmır.

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now