Layihələrimiz

Kommersiya Filmlərinə maliyyə imkanları əldə etmək çətin iş deyil. Sponsor, Reklamçı, Məhsulunu təbliğ etmək istəyən hər bir kommersiya və əyləncəli kino layihələrində həvəslə əməkdaşlıq edir və sonda faydasını da görür. Lakin Vətənpərvər, Marifləndirici, Etnoqrafik, Art və Festivallar üçün istehsal olunan və Azərbaycanın adını yüksəldən Filmlər kommersiya məzmunlu olmadıqlarından biznes təşkilatlarının marağına o qədər də səbəb olmur. Məhz buna görə AMKAD Layihəsi hər bir yaradıcı Azərbaycanlıya imkan verir ki, Vətənini təbliğ etsin, Azərbaycan Film və Animasiyasının Sovet vaxtlarında olan Səviyyə və Şərəfini bərpa etsin.   

"Dostlar" Cizgi Filmi

 

Balans Milli Animasiya Studiyası tərəfindən təqdim olunan DOSTLAR İbrətamiz və Əyləndirici Cizgi Filmi AMKAD-ın ilk Dəstək lLayihəsi oldu. 2017-ci ilin Avqustun 1-də qıbul olunan bu Cizgi Filmə dəstək nəticəsində 2 aya, yəni Oktyabrın 1-dək artıq İki yeni Seriya çəkilib. 

"Yaddaş" Bədii Filmi

 

Hələ 2009-cu ildə istehsal olunan YADDAŞ Bədii Filminin istehsalçıları olan BakiFilm Kinostudiyası bu il Avstraliya Vətənpərvər Filmlər Festivalında İştirak etmək üçün yenidən Rəng Korreksiyası olunmaq məqsədilə AMKAD-a müraciət etdi. Bir Oktyabr 2017-ci ildə Dəstək verildi. 

"You Yoldaşı" Cizgi Filmi

QobuFilm Kinostudiyası tərəfindən təqdim olunan Qanun Tanıtdırıcı YOL YOLDAŞI Cizgi Filmi AMKAD tərəfindən 2017-ci ilin Sentyabrın 1-də qıbul olundu. Bir ay Dəstək olunan Cizgi Filmin artıq İki yeni Seriyası çəkilib. YOL YOLDAŞI Cizqi Serialı 7-10 Yaşlı Uşaqlar üçün nəzərdə tutulub.

Video Nümunələr
 
Balans Studiyasının DOSTLAR Animasiya Layihəsi

DOSTLAR  Cizgi Serialının İstehsalının davamı üçün Balans Milli Animasiya Studiyası müraciət edib. Bu İbrətamiz və Əyləndirici Layihə 4-8 Yaşlı Uşaqlara nəzərdə tutulub. AMKAD-ın Ümumi Qaydalarının Uşaqlar və Yeniyetmələrin Maarifləndirilməsini - 1.3 Bəndini əsas tutaraq 

Müraciəti Dəstəklədi.

BakıFilm Kinostudiyası YADDAŞ Bədii Filminin Remeyki 

 

Film 2009-cu ildə çəkilib və Rəng Korreksiyasına ciddi ehtiyacı var. Eyni zamanda Beynalxalq Festivalda iştirak etmək üçün Film istehsal olunmuş HD (1280/720 px) formatından Full HD (1920/1080 px) formatı səviyyəsinə UPCONVERT olunmalıdı. Layihə AMKAD-ın Ümumi Qaydalarının 1.1 bəndinə, Milli  və Vətənpərvər Film kateqoriyasına aid olduğundan Dəstəkləndi.

QobuFilm Kinostudiyasının YOL YOLDAŞI Cizgi Filmi 

 

YOL YOLDAŞI Cizgi Serialı QobuFilm Kinostudiyası tərəfindən 2016-cı ildən istehsal olunur. Layihənin 7-10 Yaşlı Uşaqlara nəzərdə tutulması, Azərbaycanda yeqanə Qanun Tanıtdırıcı Cizqi Serialın vacibliyini nəzərə alaraq, AMKAD-ın Ümumi Qaydalarının 1.3 Bəndi, Uşaqlar və Yeniyetmələrin Maarifləndirilməsi kateqoriyasına aid olduğundan Dəstəkləndi.

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now