Sənədlər Toplusu
Azərbaycan Milli Kino və Animasiyasına Dəstək Layihəsindən Yardım almaq üçün hər bir Namizəd AMKAD-a aşağıda sadalanan sənədlər toplusunu təqdim etməlidir. Bu sənədlərin bir hissəsi azad formada lakin tələb olunan formatda, digərləri isə aşağıda göstərilən xanalardan yüklənilməlidir. Dəstək almaq üçün təqdim olunacaq sənədlər aşağıdakılardı:
1. AMKAD Layihəsinin Direktoruna ünvanlanmış müşayətedici məktub
2. Müraciət forması (aşağıda FİLM MÜRACİƏT FORMASI və ANİMASİYA MÜRACİƏT FORMASInı yükləmək olar)
3. Ssenari (Courier New 12 şifti ilə) 70-110 səhifə olmaqla, ilk səhifəsi titul səhifəsi olmalıdı (filin adı, müəllifin adı/ata adı/soyadı, təşkilatın adı, il)
4. Qısa Sinopsis (müəllifin imzasıyla)
5. Rejissor eksplikasiyası (rejissorun imzasıyla)
6. Rejissorun filmoqrafiyası (şəkillə)
7. Büdcə (aşağıda FİLM BÜDCƏSİ və ANİMASİYA BÜDCƏSİ formalarını yükləmək olar)
8. İstehsalat – təqvim planı (aşağıda İSTEHSALAT TƏQVİMİ formasını yükləmək olar)
9. Müəllif hüquqlarına dair müqavilə surətləri
10. Müəlliflərin passportlarının surətləri
11. Namizəd təşkilatın Profili
12. Şirkətin rekvizitləri (aşağıda MƏLUMATLAR formasını yükləmək olar)
13. Vergilər Nazirliyindən borcların olmaması haqda arayış
14. Daha öncə festivallarda iştirakla bağlı sənədlər (İştirakçı mandatı, Diplom, Mükafat və s.)
15. Namizədin bundan əvvəl digər TV və ya Kino layihələrlə iştirakina dair sənədlər
ANİMASİYA MÜRACİƏT
FORMASI
Animasiya Filmi
Namizədinin
Müraciət Forması
İSTEHSALAT TƏQVİMİ
Oyun Filmi və ya
Animasiyanın İstehsalat
Təqvim Planı
SƏNƏDLƏR TOPLUSU
Namizədlərin İştirak üçün Təhvil Verəcək
Sənədlər Toplusu